Reklam: High Technic
hightechnic

Bakıda lüks avtomobil iki qadını vurdu – Foto

23

Bakıda piyadaların xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Lent.az-ın məlumatına görə, dünən saat 23 radələrində Nəsimi rayonu ərazisində Azadlıq prospekti ilə Abbas Səhhət küçəsinin kəsişməsində 99 GP 999 dövlət qeydiyyat nişanlı “Mercedes” iki qadını vurub. Müxtəlif dərəcəli xəsarətlər alan 37 və 19 yaşlı iki qadın xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Nəsimi rayon Polis İdarəsində araşdırma aparılır.

Yenicag.az

www.yenicag.az

119