!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda marşrut xətti müsabiqəyə çıxarılır

!Reklam – Yazi

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda 46 nömrəli şəhərdaxili müntəzəm avtobus marşrutunu müsabiqəyə çıxarır.

Yenicag.az AYNA-ya istinadən xəbər verir ki, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” qanuna, Nazirlər Kabinetinin 3 aprel 2009-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişindaşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun keçiriləcək.

Sənədlər 6 yanvar 2024-cü il saat 17:00-a qədər agentlikdə (ünvan: Bakı şəhəri, Hacı Məmmədov küçəsi, 5; əlaqələndirici şəxs: Elsevər Qədimov – tel.: (012) 567-99-76, (050) 855-53-55, e-poçt: [email protected]) qəbul ediləcək. Qurum iştirakçılardan sənədlərini təqdim edərkən yanvar ayında bayram günlərini nəzərə almalarını xahiş edib. Təkliflərə yanvarın 23-də baxılacaq.

 

Müsabiqə şərtlərinə əsasən, sağlamlıq imkanları məhdud vətəndaşların avtobuslara rahat minib-düşmələri üçün xüsusi qurğu və avadanlıqla təchiz olunmuş nəqliyyat vasitələrinə üstünlük verilir. Həmçinin müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.

www.yenicag.az

135
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv