Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bakıda məşhur ginekoloqun oğlu məktəbdə döyüldü - FOTO

Bakının məhşur liseyində şagird ölümcül döyülüb.

Yenicag.az Criminal.az-a istinadən xəbər verir ki, “İdrak Liseyi”nin IX sinif şagirdi IX sinif şagirdi, 15 yaşlı Qalib Qasımov yuxarı sinif şagirdləri tərəfindən döyülüb.

Məlumata görə, 4 şagird birləşərək Qalibi məktəbin ayaqyoluna apararaq orada möhkəm döyüblər. Müxtəlif xəsarətlər alan Q.Qasımov 1 saylı Şəhər Kliniki Xəstəxanasına yerləşdirilib.

Liseyin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Aynur İsmayılova sayta bildirib ki, dərsdən çıxan zaman uşaqlar arasında insident olub. Q.Qasımovun valideynləri narahat olaraq xəstəxanaya müraciət ediblər, sonra uşaq evə buraxılıb. Hazırda səhhətində heç bir problem yoxdur.
Döyülən şagird tanınmış cərrah-ginekoloq Könül Qarayevanın oğludur. O, Criminal.az saytına bildirdi ki, hazırda oğılunun vəziyyəti pisdir. Onun müalicəsi ilə məşğul olduğunu deyən ginekoloq əlavə suallara cavab vermədi.

Q.Qasımov bir vaxtlar məhşur məktəb direktoru olmuş Həqiqət Qarayevanın nəvəsidir.

www.yenicag.az

4665
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM