Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda məşhur yazarın seminarı keçirilib - FOTO

Bu gün Bakıda Avropa Azərbaycan məktəbinin Badamdar filialında məşhur motivasiyaçı, yazar, ney ifaçısı Hakan Mengüçün seminarı keçirilib.

Yenicag.az xəbərə görə, Libraff mağazalar şəbəkəsinin sponsorluğu ilə baş tutan tədbir insanlara mənəvi gücünü tanıtmaq amacından qaynaqlanır və “Pozitiv düşün, özün kimi olmaq cəsarətini göstər” adlanır.

Səhnəyə çıxan Hakan Mengüç qonaqları salamladıqdan sonra söhbətə ney ifası ilə başlamaq istədiyini söyləib.

Söhbətin əsas mövzusunun sufilik olduğunu elan edən Mengüç bu dünya baxışın stresli gündəlik həyatımıza nə qədər aydınlıq gətirə biləcəyini izah edib.

Motivasiyaçıdünyaya baxışın beş qaydasından bəhs edərək, bu qaydaları həyatının müxtəlif mərhələlərində təcrübə olaraq yaşadığını söyləyib:

“Məktəbdə bacarıqsız bir şagird idim. Cavabını bildiyim bir suala da əlimi qaldıra bilməzdim. Özümü ifadə edə bilməzdim. Çünki məktəb sistemi istedadımı riyaziyyatla, coğrafiya ilə ölçə bilməzdi. Ədəbiyyat və musiqi dərslərində müəllimlərim məni qiymətləndirməyə başladı. Konservatoriyaya qəbul olmaq istədiyimdə isə mənə musiqi istedadımın olmadığını dedilər. Amma mən onlara inanmadım, illər sonra yazdığım “Mən nəyəm?” kitabında “Başqalarının gurultusunu deyil, qəlbinin fısıltısını eşit” yazmışdım. Qəlbinizi dinləyəndə siz özünüz olursunuz… Amacı olmaq belədir, Mövlana deyir ki axtarmaqla tapa bilməzsən, ama tapanlar axtaranlardır…”

Zaldakı qonaqlarla ünsiyyətə girən ifaçı və yazar öz fikirlərini, istinad etdiyi sufi alimlərinin hikmətlərini söylədikcə, tamaşaçılara kiçik bir təcrübələr yaşatmağı da unutmayıb.

Hakan Mengüç həyat təcrübələrini belə anlatdığı səmimi söhbət və zarafatlarla, Mövlanadan və Şəmsdən danışdığı ibrətamiz əhvalatlarla, ruh oxşayan ney ifası ilə zalı ələ alıb.

Həmçinin ney ifası ilə müşaiyət olunan türkülər də səsləndirilib. Müxtəlif musiqi parçaları tamaşaçılar tərəfindən gur alqışlarla qarşılanıb.

Motivasiyaçı, yazar, ney ifaçısı Hakan Mengüç motivə edən çıxışları, kamillik fəlsəfəsinə əsaslanan “Mən nəyəm?” və “Qəlbin təmizsə hekayən mutlu bitər” kitabları ilə Azərbaycan və Türkiyədə məşhurdur.

www.yenicag.az

181