!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda mikroavtobus qəzaya uğradı, ölən və yaralılar var

!Reklam – Yazi

Bakıda mikroavtobus qəzaya uğrayıb.

Yenicag.az xəbər verir ki, hadisə paytaxtın Xəzər rayonu ərazisində baş verib. Xəzər RPİ-nin növbətçi hissəsindən rayon prokurorluğuna Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbə sakini 1972-ci il təvəllüdlü Məmmədov Eldəniz Yaqub oğlunun idarə etdiyi “Hyundai Santafe” markalıavtomaşınla Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi, Qala avtomobil yolunun kənarında dayanmış 1971-ci il təvəllüdlü Qarayev AsifBəhram oğlunun idarə etdiyi “Mersedes Vito” markalı avtomaşını vurması barədə məlumat daxil olub. Nəticədə “Mersedes Vito” markalıavtomaşında olan sərnişin 1978-ci il təvəllüdlü Rüstəmov Rüstəm Vəzir oğlu hadisə yerində vəfat edib, 1994-cü il təvəllüdlü Məmmədov Əbdül Mustafa oğlu, 1968-ci il təvəllüdlü Vəliyeva Elmira Ələkbər qızı,Məmmədov Eldəniz Yaqub oğlu və İmanova Əfsanə Qocəli qızı müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

Fakta bağlıXəzər RPİ-nin İstintaq şöbəsində cinayət işi başlanıb./metbuat.az

 

www.yenicag.az

96
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv