!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda “moyka”dan maşın oğurlandı

!Reklam – Yazi

Bakıda avtomobil qaçırılıb.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, mayın 20-də saat 12 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən avtoyuma məntəqəsindən “Toyota” markalı bir avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub.

Binəqədi RPİ 4-cü Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay rayon sakini Əli Abbasov 28 May qəsəbəsi ərazisində həmin avtomobili idarə edərkən saxlanılıb.

Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv