!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda müəllim və şagirdlərin sayı açıqlandı

!Reklam – Yazi

Bakıda müəllim və şagirdlərin sayı açıqlanıb.

Bu barədə Yenicag.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) bildirilib.

Qeyd edilib ki, BŞTİ-nin tabeliyində 310 ümumi təhsil məktəbi, 3 xüsusi ümumi orta məktəb və 5 əyani-qiyabi axşam məktəbi olmaqla, cəmi 318 məktəb, 331 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.

Bundan əlavə, məktəblərdə 483 223 şagirdin təlim-tərbiyəsi ilə 28 437 müəllim məşğul olur.

Eyni zamanda, İdarənin tabeliyindəki ümumi təhsil müəssisələrinin I siniflərində 45 245, IX siniflərində 40 023, XI siniflərində 26 438, XII siniflərində isə (əyani-qiyabi tam orta məktəb və qiyabi sinifləri) 144 nəfər şagird təhsil alır.

Bildirilib ki, 22 901 uşaq məktəbəhazırlıq məşğələlərinə cəlb olunub.

BŞTİ-nin tabeliyindəki 282 ümumi təhsil müəssisəsində 976 məktəbəhazırlıq qrupu fəaliyyət göstərib. Məktəbəhazırlıq qruplarına 22 901 uşaq cəlb olunub.

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv