!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda narkotik vasitənin təsiri altında avtoxuliqanlıq edən sürücü həbs olundu

!Reklam – Yazi

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən manevr etmə qaydasını pozduğu üçün “Toyota” markalı, 77-EC-134 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsünə “saxla” işarəsi verilsə də, o, buna məhəl qoymayaraq, hərəkətini davam etdirib.

Daxili İşlər Nazirliyindən Yenicag.az-a  verilən məlumata görə, görülən tədbirlər nəticəsində yol-hərəkəti qaydalarını davamlı şəkildə pozaraq digər hərəkət iştirakçılarının da sağlamlığı üçün təhlükə yaradan sürücü saxlanılıb.

Sənədləri yoxlanılan zaman sürücünün hərəkətləri şübhə doğurduğundan onun tibbi müayinədən keçməsi təmin olunub. Müayinə zamanı sürücünün  narkotik vasitə qəbul etməsi də müəyyən olunub.

Sürücü barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Z.Məhərrəmovun sürücülük hüququ 2 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.

www.yenicag.az

119
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv