!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda nəzir yığan görmə məhdudiyyətli şəxs soyuldu

!Reklam – Yazi

Bakının Xəzər rayonu, Türkan qəsəbəsində “İmam Hüseyn” məscidi qarşısında nəzir yığan şəxsə qarşı soyğunçuluq edən 1988-ci il təvəllüdlü Ağakərim Məmmədovun (soyad şərtidir) məhkəmə prosesi başa çatıb.

Yenicag.az xəbər verir ki, Xəzər Rayon Məhkəməsinin hökmünə əsasən, onun azadlığı 1 il 10 ay 6 gün müddətində məhdudlaşdırılıb.

Qeyd edək ki, hadisə ötən ilin avqustun 9-da baş verib. Belə ki, görmə məhdudiyyətli olan Rzali adlı şəxs məscidinin önündə nəzir yığan zaman Ağakərim ona yaxınlaşıb və 10 manatı xırdalamasını istəyib. Rzali həmin vaxt ona pulları tanımadığını və xırdalaya bilməyəcəyini deyib. Ağakərim də pula ehtiyacı olduğundan əlini qəflətən onun şalvarının sol cibinə salıb və cibində olan 1 manatlıq əsginaslardan ibarət pulları götürərək qaçıb. Bu, cəmi 30 manat olub.

Maraqlıdır ki, Ağakərimin özü də əvvəllər Rzaliyə bir neçə dəfə sədəqə verib.

Hadisənin səhəri gün polislər Ağakərimi müşahidə kamerası vasitəsi ilə müəyyənləşdirib və saxlayaraq Xəzər RPİ-nin 1-ci PŞ-nə gətiriblər. O, orada törətdiyi cinayət əməlini səmimi olaraq etiraf edib.

Əlavə edək ki, zərərçəkmiş şəxsin 1992-ci ildən gözləri görmür və 1-ci qrup əlildir. O, məhkəmədə ona dəymiş ziyanın ödənilmədiyini, bu səbəbdən Ağakərimdən şikayətçi olduğunu bildirib.

www.yenicag.az

259
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv