!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda növbəti AĞACƏKMƏ AKSİYASI: “Abşeronda əkilən ağacların 95 faizdən çoxu...” - Nazir müavini

!Reklam – Yazi

“Hədəfimiz ilin sonuna kimi ölkə ərazisində yarım milyona yaxın ağacın əkilməsidir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri “Yaşıl dünya naminə həmrəylik” ili çərçivəsində “Global Media Group”un təşəbbüsü və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində keçirilən ağacəkmə aksiyasında iştirak edən ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov deyib.

 

Nazir müavininin sözlərinə görə, ağacəkmə aksiyası bütün ilboyu davam etdiriləcək:

“2024-cü il ərzində ölkə ərazisində kütləvi ağacəkmə aksiyalarının keçirilməsi planlaşdırılır. Artıq fevral ayından etibarən, Abşeron yarımadasında, eləcə də digər ərazilərdə ağacəkmə aksiyaları keçirilir. Bu işdə yerli icra hakimiyyəti orqanlarının, həmçinin digər aidiyyatı qurumların nümayəndələri də iştirak edirlər. Abşeron yarmadasında yerli iqlim şəraitinə yaxşı uyğunlaşa bilən zeytun və şam tingləri əkilib. Bu aksiya il ərzində davam etdiriləcək.

Hədəfimiz ilin sonuna kimi ölkə ərazisində yarım milyona yaxın ağacın əkilməsidir. Bunun böyük bir hissəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşələrin İnkişafı Xidmətinin balansında olan xidməti ərazilərdə, meşəlik ərazilərimizdə meşə bərpa və meşə ərazilərinin salınması kimi layihələrlə icra olunacaq. 1970-ci illərdən etibarən – Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlişindən sonra bu işə xüsusi diqqətin yetirilməsi nəticəsində Abşeron yarımadasında aparılan yaşıllaşdırma işləri 7 faizə qədər artırılıb.

Mərkəzi Bakı dediyimiz ərazidə ümumi yaşıllıqların miqdarı ümumi əraziyə nisbətdə 14 faizə qədər artırılıb. Dünyada az təcrübələr var ki, yarımsəhra landşafta malik olan ərazilərdə ümumi sahənin 15 faizə qədər hissəsi yaşıllaşdırılsın. Bu ərazilər damcı suvarma sistemləri ilə təchiz edilib. Abşeron yarımadasında əkilən ağacların 95 faizdən yuxarısı artıq müsbət nəticə verib”.

İsmayıl Bakuvi

www.yenicag.az

268
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv