!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda obyektlərdə yanğın oldu - FOTO/VİDEO

!Reklam – Yazi

Bakıda obyektlərdə yanğın olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, FHN-in “112” qaynar telefon xəttinə paytaxtın Binəqədi rayonu, Ə.Nəvai küçəsində yanğın baş verməsi barədə məlumat daxil olub və dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb ediliblər.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının bir-birinə bitişik, taxta konstruksiyalardan ibarət obyektlərdə baş verdiyi və yayılaraq digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.
Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 70 kvadratmetr və 100 kvadratmetr olan ictimai iaşə obyektləri müvafiq olaraq 50 kvadratmetr və 44 kvadratmetr sahədə, bərbərxana 6 kvadratmetr sahədə yanıb, ümumi sahəsi 20 kvadratmetr olan avtoyuma məntəqəsinin lambir tavanı yüksək temperaturdan əriyib.

Obyektlərin qalan hissəsi və digər bitişik obyektlər yanğından mühafizə olunub.

 

www.yenicag.az

189
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv