!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Özbəkistan Respublikasının Mətbuat və Kütləvi İnformasiya Vasitələri İşçiləri Gününə həsr olunmuş tədbir keçirildi - FOTOLAR

!Reklam – Yazi

İyunun 23-də Özbəkistan Respublikasının Mətbuat və Kütləvi İnformasiya Vasitələri İşçiləri Gününün qeyd edilməsinə və Özbəkistan-Azərbaycan əlaqələrinin inkişafına töhfə verən Azərbaycan Respublikasının mətbuat nümayəndələrinin mükafatlandırılması mərasimi keçirilib.

Yenicag.az xəbər verir ki, tədbirdə Özbəkistanın Azərbaycandakı səfiri Baxrom Aşrafxanov, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin kütləvi informasiya vasitələri ilə iş sektorunun müdiri Kamran Həsənov və digərləri  iştirak edib.
Mərasim zamanı “Yeniçağ” Media Qrupun-un rəhbəri Aqil Ələsgər və “Новая Эпоха” (“Yeni Çağ”) onlayn analitik qəzetinin redaktoru, jurnalist və səyyah Rüstəm Qasımov mükafatlandırılıb.

www.yenicag.az

360
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv