Reklam: High Technic
hightechnic

Bakıda özündən 32 yaş böyük olan kişini bıçaqladı - Məşuqəsi imiş

Bakıda yaşlı kişi məşuqəsi tərəfindən bıçaqlanıb.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Mərdəkan qəsəbəsində 1966-cı il təvəllüdlü Qurbanov Emil Aydın oğlu 20 yaşlı sevgilisi kimi təqdim etdiyi xanımla mübahisə edib. O, mübahisə zamanı kürəyindən bıçaqlanıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Maraqlısı odur ki, polisə izahat verən E.Qurbanov qadının onu bilərəkdən bıçaqlamadığını deyib. Yaralı polisə bildirib ki, qızın əlindəki bıçaq ehtiyatsızlıqdan onun kürəyinə batıb.

Faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır.

www.yenicag.az

4001