!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bakıda parkinq nöqtələri baha olmamalıdır “- Ekspertdən qiymət artımına MÜNASİBƏT

!Reklam – Yazi

“Ümumiyyətlə dövlət balansında olan parkinq nöqtələri isə, ödənişsizdir“.

Bu sözləri şəhərdə parklanma yerlərinin qiymətləriylə bağlı münasibət bildirən avtonəqliyyat üzrə ekspert Eldəniz Cəfərov Yenicag.az-a açıqlamasında qeyd edib.

O həmçinin bildirib ki, şəhərin iqtisadi durumu, parkinq yerlərinin məhdudiyyəti, ictimai nəqliyyatın tarifləri və s. məqamlar nəzərə alınmalıdır.

“Azərbaycanda parklanma ilə bağlı qaydalar mövcuddur. Qaydalara görə, istər dövlət, istərsə də özəl parklanma yerlərində vətəndaş avtomobili parkinq nöqtəsində saxlayarkən ilk 15 dəqiqə pulsuz olmalıdır. Lakin biz bu gün müşahidə edirik ki, bəzi özəl parklanma yerlərində qanunu pozurlar. Vətəndaş 1 dəqiqə belə olsa parklanma yerinə daxil olursa, ondan 1 manat ödəniş tələb olunur ki, bu da qeyri-qanunidir.

Bu gün Bakı şəhərində parklanmanın orta qiyməti yarım saat üçün 50 qəpik müəyyən edilir. Ümumiyyətlə, dövlət balansında olan parkinq nöqtələri ödənişsizdir. Hələ ki bununla bağlı qərar qəbul edilməyib. Yəni konkret tarif müəyyən edilməyib. Amma yəqin ki, yaxın zamanlarda bu tarilər də müəyyən edilər və vətəndaşlarımız da bu qeyri-müəyyənlikdən xilas olar. Dəqiq olaraq müəyyən olunar ki, Bakı şəhərində parklanma qiymətləri hansı tarifdədir.

Hesab edirəm ki, Bakıda parkinq nöqtələri baha olmamalı, hər kəs üçün əlçatan olmalıdır. Parklanmayla bağlı tariflər müəyyən edilərkən bir neçə məqam nəzərə alınmalıdır. Belə ki, qiymətlər parkinq yerlərinin həmin şəhərin iqtisadi vəziyyətinə, vətəndaşların iqtisadi və maddi durumuna, ictimai nəqliyyatın qiymətlərinə, həmçinin parkinq nöqtələrinin məhdudiyyətinə görə tənzimlənməlidir.

Qeyd etmək istərdim ki, Bakı şəhərində müəyyən geniş və boş yerlər vardır ki, orada saysız-hesabsız parklanma nöqtələri təşkil etmək olar. Bu yerlərin şəhərin mərkəzində olması o qədər də vacib deyil. Belə yerləri şəhərin müxtəlif yerlərində təşkil etmək mümkündür”.

Yusif Səmədzadə

www.yenicag.az

685
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv