!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Partlayışdan sonra mebel sexinin dağıntıları altından daha bir meyit çıxarıldı - YENİLƏNDİ/FOTO

!Reklam – Yazi

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışdan sonra dağıntılar altından bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb.

Yenicag.az xəbər verir ki, bununla dağıntılar altından çıxarılan meyitlərin sayı doqquza çatıb.

***

14:54

Bakı şəhəri, Binəqədi rayonu, A.Kunanbayev küçəsində yerləşən sexdə baş vermiş partlayışla əlaqədar dağıntılar altından Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri tərəfindən daha bir nəfərin meyiti tapılıb.

Bu barədə FHN-dən bildirilib.

Hazırda axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Oxu.Az-ın əldə etdiyi məlumata görə, dağıntılar altından çıxarılan qadın meyitidir.

Qeyd edək ki, hadisə nəticəsində xilasedicilər tərəfindən dağıntılar altından üçü sağ çıxarılmaqla, ümumilikdə 24 nəfər xəsarət alıb, səkkiz nəfərin cəsədi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

www.yenicag.az

152
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv