!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda piyada keçidində yeniyetməni avtomobil vuraraq öldürdü

!Reklam – Yazi

Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı bir nəfər ölüb.

Yenicag.az xəbər verir ki, qəza paytaxtın Vaqif küçəsi ilə Azadlıq prospektinin kəsişməsində baş verib.

Təxminən 10-14 yaşlı oğlan (hələlik ad-soyadı bilinmir) “Koala” parkdan çıxaraq piyada üçün nəzərdə tutulmuş keçiddən keçərkən onu yüksək sürətlə hərəkətdə olan avtomobil vurub. Yeniyetmə hadisə yerində həlak olub.

Yeniyetmənin yaxınları axtarılırlar. Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Nəsimi Rayon Şöbəsinə təhvil verilib.

Faktla bağlı Nəsimi Rayon Polis İdarəsində cinayət işi başlanılıb.

www.yenicag.az

252
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv