!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” adlı konfrans keçirilib - FOTO/VİDEO

!Reklam – Yazi

Sosial Tədqiqatlar Mərkəzinin (STM) təşkilatçılığı ilə “Prezidentin sosial və kadr islahatları ictimai rəydə” adlı konfrans təşkil olunub.

Yenicag.az xəbər verir ki, “Hilton” otelində baş tutan konfransda rəsmi şəxslər, millət vəkilləri, QHT və KİV rəhbərləri iştirak ediblər.

Konfransı giriş sözü ilə açan STM İdarə Heyətinin sədri, millət vəkili Zahid Oruc Mərkəzin yaradılması və onun fəaliyyət istiqamətləri haqqında məlumat verib. O, rəhbərlik etdiyi qurumun dövlətə və dövlətçiliyə mühüm töhfələr verəcəyini vurğulayıb:

“Qeyd etmək istəyirəm ki, biz bu Mərkəzi Prezident İlham Əliyevin tapşırığı ilə yaratdıq. Bu işə çoxlu əmək və zaman sərf etdik. Düşünürəm ki, Mərkəz dövlətimizə və dövlətçiliyimiz üçün çox faydaı işlər görəcək”.

Konfransda çıxış edən Prezident Administrasiyası Strateji araşdırma və planlaşdırma şöbəsinin müdiri Səadət Yusifova STM-in ictimai münasibətlərin inkişaf dinamikasının təhlili və bu sahədə mövcud tendensiyaların müəyyənləşdirilməsi yönündə faydalı fəaliyyət göstərəcəyinə inandığını vurğulayıb.

Prezident Administrasiyasının rəsmisi ictimai fikrin öyrənilməsini və sosial tədqiqatların aparılmasını təmin edən STM-in bundan sonra öz fəaliyyətini daha da əminliklə sürdürəcəyini deyib.

Millət vəkili Hikmət Babaoğlu bildirib ki, hər bir insan yaşadığı cəmiyyətdə nəyi və nə üçün baş verdiyini dərk etməyə çalışır. Bu sırf sosial maraq kontensində izah olunacaq məsələdir.

“Dövlət və vətəndaş münasibətlərinin yeni keyfiyyətdə daha əlaqəli şəkildə olması strateji vəzifə kimi önə çıxır. Çünki hazırda cəmiyyətin öz daxili qanunauyğunluqlarına müxtəlif müdaxilələr olur”, – Millət vəkili qeyd edib.

Konfrans Sosial Tədqiqatlar Mərkəzinin stm.az saytının təqdimatı ilə davam edib və qonaqlar saytın fərqli keyfiyyətləri ilə tanış olublar.

Pərviz Mustafa

Samirə Əliyeva

www.yenicag.az

2121
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv