!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs yaxalandı

!Reklam – Yazi

Bakıda qadına qarşı əxlaqsız hərəkətlər edən şəxs tutulub.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru polis mayoru Anar Qafarov bildirib.

O deyib ki, sosial şəbəkələrdə yayılaraq vətəndaşların haqlı narazılıqlarına səbəb olan və ictimai davranış qaydalarına zidd olan görüntülər polis əməkdaşları tərəfindən dərhal nəzarətə götürülüb:

“Həyata keçirilən əməliyyat texniki tədbirlərlə görüntülərdəki şəxsin kimliyi müəyyən edilib. Daha sonra görülən tədbirlərlə həmin şəxs saxlanılıb. Araşdırmalarla onun Sumqayıt şəhər sakini P.Rəşidov olması müəyyən edilib. Əmələ hüquqi qiymət verilməsi üçün tədbirlər davam etdirilir”.

Qeyd edək ki, sosial şəbəkələrdə paytaxt ərazisində qadına qarşı əxlaqsız hərəkətlər edən şəxsin videogörüntüləri yayılıb.

www.yenicag.az

423
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv