!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qadınlardan İngiltərə vətəndaşına qarşı İYRƏNC HƏRƏKƏT — Yataqda fotolarını çəkib, sonra şantaj etdilər...

!Reklam – Yazi

Bakı Ağır Cinayətlər Məhkəməsində Böyük Britaniya vətəndaşı Greer Christopheridindən hədə-qorxu yolu ilə pul tələb etməkdə ittiham olunan Elnarə Nəsrəddinova və Yasəmən Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Yenicag.az xəbər verir ki, hakim Azad Məcidovun sədrliyi ilə baş tutan iclasda prokuror ittiham aktını elan edilib.

İttihama görə, Elnarə və Yasəmən zərərçəkmiş Greerin barəsində rusvayedici məlumatları yaymaqla hədələyiblər, həmçinin ona məxsus rəsmi sənədləri əldə ediblər.

Belə ki, Elnarə ötən ilin martın 26-da Greeri Fəvvarələr meydanının yanında görüb.

O, İngiltərə vətəndaşı ilə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib.

Elnarə həmin kişini mənzilə aparıb. Orada Yasəmən ilə birlikdə yatağa giriblər.

Amma cinsi aktı başa çatdıra bilməyiblər. Bu zaman Elnarə Greerinin çılpaq fotolarını çəkib. Daha sonra isə onu şantaj ediblər. Hədə-qorxu yolu ilə Greeridən 205 min 823 manat alıblar.

İstintaq orqanı tərəfindən Elnarənin barəsində Cinayət Məcəlləsinin 1782.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən dələduzluq törətmək), 182.3.2-ci (hədə-qorxu yolu ilə tələb etmə, zor tətbiq etmə ilə törədildikdə), 326.1-ci (rəsmi sənədləri, ştampları və ya möhürləri tamah məqsədi və ya digər şəxsi niyyətlə talama, məhv etmə, zədələmə və ya gizlətmə) maddələri ilə, Yasəmən isə Cinayət Məcəlləsinin 178.2.1-ci maddəsi ilə ittiham elan edilib.

İttihama münasibət bildirən Elnarə özünü elan olunmuş ittiham üzrə qismən təqsirli bilib.

O deyib ki, zərərçəkmişə hədə-qorxu gəlməyib, ondan hədə-qorxu yolu ilə külli miqdarda pul tələb etməyib və almayıb.

Onun sözlərinə görə, zərərçəkmişə qarşı dələduzluq edib və onun etibarından sui-istifadə edərək pul alıb.

Elnarə əlavə edib ki, həmin məbləğdə ittihamda yazılan qədər olmayıb. O, məhkəmədə həqiqətin araşdırılmasını istəyib. Elnarə qeyd edib ki, bu işdə Yasəmənin heç bir günahı yoxdur.

Digər təqsirləndirilən Yasəmən isə özünü elan olunmuş ittiham üzrə təqsirli bilməyib.

Daha sonra hakim istintaqının aparılması qaydasını müzakirəyə çıxarıb.

Zərərçəkmiş şəxsin nüamyəndəsi Orxan Zeynalov bildirib ki, müvəkkili Greeri bir neçə günə ölkəni tərk edəcək.

Vəkil Greerinin dindirilməsi ilə məhkəmə istintaqının başlanılmasını təklif edib.

Prokuror və təqsirləndirilən şəxslərin vəkilləri buna etiraz etməyiblər. Hakim isə prosesin əvvəlində zərərçəkmişin dindirilməsini, daha sonra təqsirləndirilən şəxslərin və şahidlərin dindirilməsi ilə məhkəmə prosesinin davam etdirilməsinin, sonda isə sənədlərin araşdırılması ilə işə yekun vurulması barədə qərar qəbul edib.

Daha sonra zərərçəkmiş Greeri ifadə vermək üçün kürsiyə dəvət olunub.
Tərcüməçinin iştirakı ilə ifadə verən Greeri bildirib ki, 2022-ci il martın 26-da iş təklifi alması ilə bağlı iş yoldaşları ilə birlikdə qeyd ediblər.

Onun sözlərinə görə, həmin məclisdə spirtli içki qəbul edib və sərxoş vəziyyətdə olub:

“Daha sonra məclis olan yeri tərk etdim və Fəvarələr meydanı istiqanmətinə gəldim. Orada adını sonradan bildiyim Elnarə mənə yaxınlaşdı. İçki içməyi təklif etdi. Mən üstümdə kifayət qədər pul olmadığını bildirdim. Sonra birlikdə evdən pul götürmək üçün taksiyə mindik və yaşadığım mənzilə getdik. Evdən əvvəlcə 300 manat götürdüm və geri qayıtdım. 20 manat taksiyə verdim. Elnarə 300 manatın az olduğunu bildirdi. Bunadan sonra yenə də evdən 400 manat götürdüm”.

Zərərçəkmiş qeyd edib ki, daha sonra Elnarənin mənzilində onun rəsmi sənədlərini götürüblər.

Onun sözlərinə görə, rəsmi sənədlərini götürəndən sonra qaytarmaq üçün pul tələb ediblər.

Greeri qeyd edib ki, Elnarə ondan ümumilikdə 211 min manat alıb.

Onun sözlərinə görə, Elnarə həmin məbləğləri 2022-ci ilin aprelin 13-dən dekabrın 6-dək olan müddətdə ondan tələb edərək almağa nail olub.

Zərərçəkmiş deyib ki, Elnarənin mənzilində olan zaman 3 nəfər olublar.

Onun sözlərinə görə, Elnarə və Yasəmən ilə birlikdə çılpaq formada yatağa giriblər:

“Bizim bu formada fotolarımızı mənə göstərdilər. Bildirdilər ki, həmin fotolardan guya polisin xəbəri olub. Buna görə də “fahişəlik” maddəsi ilə iş qaldırılıb, həmin işin bağlanması üçün ilkin olaraq 2 min manat istədilər. Mən də həmin məbləği onlara verdim. Sonra bu işin notariusda birdəfəlik həll olunması üçün əlavə 2 min manat istədilər. Bildirdilər ki, notariusda işin birdəfəlik bağlanması üçün sənədlər təsdiq olunmalıdır. Mən də həmin məbləğı verdim. Biz bir yerə getdik, guya notariusda iş həll edildi. Orada pulu bir nəfərə verdilər”.

Greeri bildirib ki, bundan sonra Elnarə ona hakimin məbləğlə razı olmadığını, məbləği qaldırdığını deyib:

“Bundan sonra məndən hakimə çatması üçün 6 min manat istədilər. Həmin məbləğdə pulu da məndən aldılar”.

Zərərçəkmiş şəxsin sözlərinə görə, daha sonra Elnarə ona çılpaq fotoları göstərib və pul tələb edib:

“Əks halda həmin fotoları həyat yoldaşıma göstərcəklərini dedilər. Həmin vaxt onlara mənim həyat yoldaşımı tanımadıqlarını dedim. Bu zaman Elnarə mənə həyat yoldaşımın fotosunu göstərdi, tanıdığını söylədi. Bundan sonra mənim intim fotolarımı İngiltərədə yaşayan həyat yoldaşıma göndəcəyini söylədi. Mən yenə də ona inanmadım. İngiltərədə olan zaman həyat yoldaşımın istifadəsində olan mobil nömrəyə zənglər gəldi. Amma həmin zənglərə cavab verilmədi. Cavabsiz zənglərə baxdığım zaman Azərbayan nömrəsi olduğunu gördüm. O zaman bildim ki, zəng edən Elnarədir”.
Zərərçəkmiş qeyd edib ki, Yasəmənə ümumilikdə Elnarə vasitəsi ilə 3800 manat verib. Onun sözlərinə görə, 2 min manat polisdə işin bağlanması üçün, qalan məbləği isə sınmış telefonuna görə alıblar.

O, həmin məbləği Yasəməndən, qalan pulu isə Elnarədən tələb etdiyini deyib.

Məhkəmə prosesi avqustun 16-da davam edəcək.

Qeyd edək ki, zərərçəkmiş Böyük Britaniya vətəndaşı Greer Christopheridir.

O, Bakıda özəl şirkətlərdən birində müqavilə əsasında işləyib./demokrat.az/

www.yenicag.az

339
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv