!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qamışlıq sahədə baş verən yanğın söndürüldü - YENİLƏNDİ

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin “112″ qaynar telefon xəttinə Bakı şəhərinin Səbail rayonu Arif İsmayılov küçəsində qamışlıq sahədə yanğın baş verməsi barədə məlumat daxil olub.

Nazirlikdən Yenicag.az-a verilən məlumata görə, dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində qamışlıq ərazidə baş vermiş yanğın havanın küləkli olmasına baxmayaraq genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

Ərazidə yerləşən fərdi yaşayış evləri yanğından mühafizə olunub.

***

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Səbail rayonu, Arif İsmayılov küçəsi yaxınlığında qamışlıq sahədə yanğın olması barədə ilkin məlumat daxil olub.

Yenicag.az xəbər verir ki, məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.

Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.

www.yenicag.az

288
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv