!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qanun pozuntusunun qarşısı alındı - VİDEO

!Reklam – Yazi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində üzərinə düşən vəzifələrinin icrasını davam etdirir.

Yenicag.az xəbər verir ki, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Yavər Əliyev küçəsində yerləşən yaşayış kompleksində qanunazidd tikinti-quraşdırma işlərinin aparılması ilə bağlı daxil olmuş məlumat əsasında Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən həmin obyektə baxış keçirilib.

Baxış zamanı aidiyyəti dövlət qurumları ilə razılaşdırılmadan 7 nömrəli 20 mərtəbəli yaşayış binasının birinci mərtəbəsində qeyri-yaşayış obyektinin genişləndirilməsi məqsədilə vətəndaş tərəfindən tikinti-quraşdırma işlərinin aparıldığı müəyyən edilib. Araşdırma nəticəsində tikinti-quraşdırma işlərinin yaşayış binasının zirzəmi mərtəbəsində yerləşən avtodayanacaq sahəsinin havalandırılması üçün nəzərdə tutulan şaxtanın üzərində aparıldığı müəyyən edilib.

Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən qanunvericiliklə nəzərdə tutulmuş qaydada binaya bitişik qeyri-qanuni tikilinin sökülməsi təmin edilib və yeraltı avtodayanacaq sahəsinin havalandırma şaxtasının fəaliyyəti bərpa olunub.

www.yenicag.az

306
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv