!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qanunsuz taksi fəaliyyəti ilə bağlı reydlər keçirilir

!Reklam – Yazi

Paytaxtın nəqliyyat sahəsindəki problemlər, qanunsuz taksi fəaliyyəti, parklanma və digər çatışmazlıqların aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi proseslərinə başlanılıb.

Yenicag.az xəbər verir ki, Bakı Şəhər İcra Hakimiyyəti tabeçiliyində Bakı Nəqliyyat Agentliyi, Dövlət Yol Polisi və Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhərinin müxtəlif ərazilərində birgə reydlər keçirilir.

Reydlər zamanı, əsasən, lisenziyası olmayan, standartlara cavab verməyən, qanunsuz fəaliyyət göstərən taksilər aşkarlanıb, sürücülərlə müvafiq maarifləndirmə söhbətləri aparılıb, izahatlar verilib, onlar qanunun tələblərinə uyğun fəaliyyət göstərməyə çağırılıblar. Ciddi qanun pozuntularına yol verən, fərqlənmə nişanı olmayan sürücülərə qarşı İXM-nin müvafiq maddələrinə uyğun cərimələr tətbiq edilib.

Bu istiqamətdə reydlər aidiyyatı qurumlarla birgə daimi xarakter daşıyacaq.

www.yenicag.az

401
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv