!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qaya parçaları yola düşdü

!Reklam – Yazi

Bu gün gecə saatlarında Bakı dairəvi avtomobil yolunun təqribən 6-cı kilometrliyində paytaxt istiqamətində yolun sağ tərəfindən iri qaya parçaları yola düşməsi nəticəsində avtonəqliyyat vasitələrinin hərəkətində yaranmış bəzi məhdudiyyətlər aradan qaldırılıb.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.

Bildirilir ki, yolda aparılan təxirəsalınmaz tədbirlər nəticəsində qısa müddət ərzində qaya parçaları ərazidən uzaqlaşdırılıb, hərəkətin fasiləsizliyi və təhlükəsizliyi təmin olunub.

“Hadisə nəticəsində yol təsərrüfatına ziyan dəyib. Hazırda ziyanın aradan qaldırılması istiqamətində də agentlik tərəfindən işlər aparılır.

www.yenicag.az

273
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv