!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qəza baş verdi: Xəsarət alanlar var - VİDEO

!Reklam – Yazi

Bakıda iki minik avtomobili toqquşub, iki nəfər xəsarət alıb.

Bu barədə Yenicag.az-a Fövqəladə Hallar Nazirliyindən bildirilib.

“112” qaynar telefon xəttinə Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşların avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Daxil olan məlumatla əlaqədar hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, 1979-cu il təvəllüdlü Hacıyev Elçin Kamal oğlunun idarə etdiyi “VAZ-2107” markalı minik avtomobil ilə 1987-cil təvəllüdlü Şəbəndəyev Naib Sədi oğlunun idarə etdiyi “Mercedes” markalı minik avtomobili toqquşub və hər iki sürücü deformasiyaya uğrayan avtomobillərdə sıxılmış vəziyyətdə qalıb.

FHN əməkdaşları xüsusi vasitələrlə avtomobillərdə sıxılı vəziyyətdə qalan vətəndaşları xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.

www.yenicag.az

361
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv