!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qəzaya uğrayan ”Ferrari” KİMİNDİR? - YENİLƏNDİ/VİDEO

!Reklam – Yazi

Ötən gecə Bakının mərkəzində “Ferrari” və “Toyota Prius” markalı avtomobillərin toqquşması ilə nəticələnən hadisə geniş müzakirələrə səbəb olub.

Yenicag.az xəbər verir ki, “Ferrari California T” modelli bu avtomobilin qiyməti 250 min dollardan başlayır.

Əldə edilən məlumata görə, qəzaya düşən “Ferrari” Bakı sakini Nəcməddin Babayevin mülkiyyətindədir. Nəsimi rayonu Salatın Əsgərova və İslam Səfərli küçələrinin kəsişməsində baş verən qəzada avtomobilin sükanı arxasında kimin olması hələlik tam dəqiqləşməsə də, 77-SM-077 dövlət qeydiyyat nişanlı “Ferrari”ni idarə etmək üçün son etibarnamənin N.Babayev tərəfindən Mirsəlim Məmmədzadə adlı şəxsə verilməsi məlum olub. M.Məmmədzadənin beynəlxalq şirkətlərin birində çalışdığı bildirilir.

Hazırda hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır./qafqazinfo

***

02:30

Bakının Nəsimi rayonunda yol-nəqliyyat hadisəsi zamanı iki nəfər xəsarət alıb.

Yenicag.az xəbər verir ki, hadisə Salatın Əsgərova ilə İslam Səfərli küçələrinin kəsişməsində baş verib.

Belə ki, “Toyota Prius” markalı maşının sürücüsü yol nişanının tələbinə əməl etməyərək qəfil yola çıxıb.

Bu zaman maşın kəsişmədən keçən 77-SM-077 dövlət nişanlı “Ferrari” markalı avtomobilə çırpılıb.

Qəza nəticəsində hər iki maşının sürücüsü xəsarət alıb.
Hadisə ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən araşdırma aparılır./apa

www.yenicag.az

535
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv