!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qıza qarşı bullinq hərəkətləri edildi - DİN hərəkətə keçdi

!Reklam – Yazi

Bakıda yeniyetməyə qarşı həmyaşıdları tərəfindən zorakılıq olub.

Yenicag.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərdə yeniyetmə qızın başına yumurta çırpılır, saçı kəsilir və digər bullinq hərəkətləri edilir. Bunu edənlərin Şüvəlanda yerləşən 156 saylı məktəbin şagirdləri olduğu bildirilir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov saytımıza bildirib ki, videogörüntülərdən məlumatlıdırlar:

“Nəzarətə götürülüb. Hazırda araşdırma gedir, iş üzrə ekspertiza təyin olunub. Araşdırmaların nəticəsindən asılı olaraq müvafiq tədbirlərin görülməsi təmin olunacaqdır”.

Videonun etik qaydalara sığmadığını və insanların həssaslığını nəzərə alaraq yayımlamırıq.

www.yenicag.az

342
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv