!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qızının 16 yaşlı sevgilisini boğaraq öldürən ata şikayətçidir

!Reklam – Yazi

Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Babək Quliyevin barəsindəki hökmdən apellyasiya şikayəti verilib.

Yenicag.az, şikayət Bakı Apellyasiya Məhkəməsinin hakimi Qədim Babayevin sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclası noyabrın 16-na təyin edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 18 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, ötən il sentyabrın 6-da Sabunçu Rayon Polis İdarəsinə 2006-cı il təvəllüdlü Hüseynağa Şeydabəyovun itkin düşməsi ilə bağlı daxil olan müraciət əsasında aparılan istintaq-əməliyyat tədbirləri ilə sonuncunun qəsdən öldürülməsi müəyyən olunub.
Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə cinayət işi başlanıb.

İstintaqla zərərçəkmişin qonşusu, 1968-ci il təvəllüdlü Babək Quliyevin qisas almaq məqsədilə Hüseynağa Şeydabəyovu döyərək xəsarətlər yetirməsinə, sonra iplə boğaraq öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Babək Quliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

İddialara görə, Babək Quliyev 16 yaşlı Hüseynbalanın sevdiyi qızın atasıdır. Hadisənin məhz bu səbəbdən baş verdiyi ehtimal olunur./pravda.az

www.yenicag.az

145
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv