Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda Qobustan sakini bıçaqlanaraq öldürüldü

Bakının Qaradağ rayonunda qətl hadisəsi baş verib.

Bu barədə Yenicag.az-a hüquq-mühafizə orqanlarından məlumat verilib.

Bildirilib ki, oktyabrın 8-i, saat 02:00-da Müşfiqabad qəsəbəsində küçədə 1998-ci il təvəllüdlü Qobustan rayon sakini Murad Bəhramovun qarın və qol nahiyəsindən bıçaq xəsarətləri yetirilmiş meyiti tapılıb. Bundan əlavə, M.Bəhramovun 1981-ci il təvəllüdlü həmyerlisi Məqatil Abbasəliyev ağır yaralı vəziyyətdə olub və Qaradağ regional xəstəxanasına yerləşdirilib.

Faktla bağlı heç kim tutulmayıb. Rayon prokurorluğu 120 (qəsdən adam öldürmə) və 29.120 (qəsdən adam öldürməyə cəhd) maddələri ilə cinayət işi başladıb. Cinayətin motivi araşdırılır.

İlkin məlumata görə, qətldə şübhəli bilinən şəxs avtomobillə hadisə yerindən qaçıb. Bu, yaxınlıqda quraşdırılmış müşahidə kamerası tərəfindən qeydə alınıb.

Xatırladaq ki, Bakıda saat 21:00-dan etibarən komendant saatı tətbiq olunur. Cinayət meyitin aşkar edilməsindən yarım saat əvvəl törədilib.

www.yenicag.az

226