!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda qrup halında narkotik qəbul edilən 5 məkan aşkarlandı - VİDEO

!Reklam – Yazi

Paytaxtda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər davam etdirilir – silah və narkotik vasitələr aşkarlanıb.

DİN-dən Yenicag.az-a verilən məlumata görə, paytaxt ərazisində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsinə qarşı polis əməkdaşları tərəfindən profilaktik tədbirlər davam etdirilir. Oktyabrın 19-da keçirilən növbəti tədbirlərlə narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı 51 fakt aşkar edilib. İctimai yerlərdə narkotik maddələrin təsiri altında olan 82 nəfər saxlanılıb. Narkotik vasitələrin qrup halında qəbul edildiyi daha 5 məkan müəyyən olunub. Qanunsuz dövriyyədən 5 kiloqram narkotik vasitə və psixotrop maddə çıxarılıb. Bundan əlavə saxlanılan şəxslərdən 1 ədəd “Kalaşnikov” avtomatı, 4 ədəd patron və patron darağı aşkar olunaraq götürülüb. Aşkarlanan faktlarla bağlı əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri tədbirlər davam etdirilir.

www.yenicag.az

158
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv