Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Bakıda quldurluqla məşğul olan dəstə üzvləri həbs edildi

Bakı Ağır Cinayətlər Məhkəməsində oğurluq və narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilən Nurlan Ağayev, Sərhat Əmirov, Mirasəf Kərimli, Novruz Salayev və Mədət Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Yenicag.az xəbər verir ki, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub.

Məhkəmənin hökmü ilə Nurlan Ağayev 4 il, Sərhat Əmirov 4 il 6 ay, Mirasəf Kərimli 3 il 6 ay, Novruz Salayev 11 il, Mədət Hüseynov isə 2 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. M.Kərimli ilə M.Hüseynovun barəsində seçilmiş polisin nəzarəti qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəzlənib və hər iki şəxs məhkəmə zalında həbs olunub.

Rəsmi məlumata əsasən, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən Novruz Salayevi saxlayıb. Müəyyən edilib ki, N.Salayev ətrafına topladığı şəxslərlə birlikdə Suraxanı rayonu ərazisində silsilə mənzil oğurluqları törədib. Əməliyyat tədbirləri nəticəsində qeyd edilən qrupun digər üzvləri – Bakı şəhər sakinləri N.Ağayev, S.Əmirov, M.Hüseynov və M.Kərimli saxlanılıblar. Dəstə üzvlərinin cinayət yolu ilə ələ keçirdikləri məişət avadanlıqları və digər qiymətli əşyalar N.Salayevin avtomobili ilə onun yaşadığı evə aparılıb. Oğurluq əşyaların bir qismi elə həmin evdən aşkar olunaraq maddi sübüt kimi götürülüb. Qeyd edək ki, polis N.Salayevin yaşadığı evə baxış keçirərkən ordan ümumilikdə 4,5 kq-dan çox qurudulmuş marixuana, 3 qrama yaxın heroin, çətənə toxumu və “Maqnum” markalı tapança aşkar olunaraq götürülüb./Trend/

www.yenicag.az

961
SFERA
VETENINFO
AZNEWS
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM