!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda reklamı artan qanunsuz ORQAN SATIŞI: “Canlı donordan transplantasiya məqsədilə yalnız...”

!Reklam – Yazi

“Donor orqanların alqı-satqısı, reklamı qanunla qadağandır və bu işlə məşğul olmaq cinayət məsuliyyəti yaradır”.

Bu fikirləri son zamanlarda sosial şəbəkələrdə və Bakının müxtəlif ərazilərində rast gəlinən orqan satışı elanlarına münasibət bildirən vəkil Turan Abdullazadə Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, qanunsuz orqan satışı ilə bağlı Cinayət Məcəlləsinin 137-ci maddəsində cinayət məsuliyyəti nəzərdə tutulub:

“Şəhərin müxtəlif yerlərində və sosial şəbəkələrdə daxili orqanların satışına, “böyrəyimi satıram” kimi elanlara rast gəlinir. İnsan orqan və ya toxumalarının transplantasiyası haqqında qanuna əsasən, digər tibbi üsullarla və meyit donor orqanları vasitəsilə insan həyatının xilas edilməsi və ya sağlamlığının bərpası mümkün olmadıqda, canlı donordan orqanların transplantasiyasına yol verilir.

Canlı donordan transplantasiya məqsədilə yalnız böyrəyin biri, ağciyərin bir payı, qaraciyərin bir hissəsi, mədəaltı vəzin bir hissəsi, nazik bağırsağın bir hissəsi, dərinin bir hissəsi, sümük iliyi, kök hüceyrələri götürülə bilər. 18 yaşına çatmayan şəxsdən transplantasiya məqsədilə orqan və toxumaların (sümük iliyi və kök hüceyrələr istisna olmaqla) götürülməsi qadağandır.

Həmin qanunun 32-ci maddəsinə əsasən, Azərbaycan Respublikasında donor orqanların alqı-satqısı və reklamı qadağandır. Cinayət Məcəlləsinin 137-ci maddəsinə görə, insan orqanlarının və toxumalarının, həmçinin donor orqanların alqı-satqısı – 6 min manatdan 9 min manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 3 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Həmçinin “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanunla qadağan olunan şəxslərdən transplantasiya məqsədilə donor orqanın götürülməsi – 9 min manatdan 15 min manatadək miqdarda cərimə və ya 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 4 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.

Nuray Məmmədzadə

www.yenicag.az

280
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv