Bakıda şagird məktəbin 3-cü mərtəbəsindən özünü yerə atdı

Bakıda şagird özünü məktəbin 3-cü mərtəbəsindən yerə atıb.

Yenicag.az xəbər verir ki, hadisə Səbail rayonunda yerləşən 162 nömrəli tam orta məktəbdə qeydə alınıb.

Müxtəlif dərəcəli bədən xəsarətləri alan 8-ci sinif şagirdi Y.Hacıyeva təcili yardım maşını ilə xəstəxanaya aparılıb.

Hazırda onun vəziyyətinin ağır olduğu bildirilir.

Hadisə zamanı yeniyetmənin əlində kəsici alət də olub.

Faktla bağlı hüquq-mühafizə orqanlarının əməkdaşları araşdırma aparır. /Report

COP29