!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda sənaye istehsalı 16 mlrd. manata çatdı

!Reklam – Yazi

Bu ilin yanvar-mart aylarında sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 15,9 milyard manat təşkil etdib.

Yenicag.az Bakı Statistika İdarəsinə istinadən xəbər verir ki, sənaye məhsulunun 83,1 faizi mədənçıxarma, 14,2 faizi emal, 2,2 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,5 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Sənayedə qeyri-dövlət sektorunun payı 88,8 faiz olmuşdur. İstehsalın ümumi həcmində sənaye məhsulunun payı 93,7 faiz, sənaye xarakterli xidmətlərin göstərilməsi isə 6,3 faiz təşkil edib.

İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 01 aprel 2023-cü il vəziyyətinə 488,5 milyon manatlıq hazır məhsul ehtiyatı olub.

Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınmış və satış üçün nəzərdə tutulmuş 54,2 milyon manat məbləğində digər məhsullar da mövcud olub.

www.yenicag.az

212
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv