!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda sərxoş şəxs özünü dənizə atdı

!Reklam – Yazi

Bakıda sərxoş şəxs özünü dənizə atıb.

Yenicag.az xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, hadisə mayın 4-də saat 21 radələrində Səbail rayonu ərazisindəki Milli Parkda baş verib. Ərazidə bir nəfər sərxoş vəziyyətdə özünü dənizə atıb.

Həmin vaxt ərazidə xidmət aparan polis əməkdaşlarının çevikliyi sayəsində həmin şəxs xilas edilib.

Onun Quba rayon sakini Novruz Novruzov olduğu müəyyən edilib.

Polis əməkdaşları ona ilkin tibbi yardım göstərərək xəstəxanaya çatdırıblar. N.Novruzova xəstəxanada da tibbi yardım göstərilərək ambulator müalicə alması üçün evə buraxılıb.

Araşdırma aparılır.

www.yenicag.az

367
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv