!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Sığınacaqda qızılcaya yoluxan 8 uşaq evə buraxıldı - YENİLƏNDİ

!Reklam – Yazi

“Azərbaycan Uşaqları” İctimai Birliyinin sığınacağında qızılcaya yoluxan 18 uşaq 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasına yerləşdirilib. Onlardan 8-i dekabrın 5-də sağalaraq xəstəxanadan buraxılıb. On uşağın müalicəsi isə hazırda 1 saylı Uşaq Yoluxucu Xəstəliklər Xəstəxanasında davam etdirilir.

Bu barədə Yenicag.az-a TƏBİB-dən məlumat verilib.

Bildirilib ki, hazırda müalicə alan uşaqların vəziyyəti stabildir.

***

11:36

“Azərbaycan Uşaqları İctimai Birliyinin Bakıda yerləşən sığınıcağında xeyli uşaq qızılcaya yoluxub”.

Yenicag.az xəbər verir ki, bunu təşkilatın sədri Kəmalə Ağazadə deyib.

“Qızılca xəstəliyi ilə əlaqədar xəstəxanaya yerləşdirilmiş uşaqlarımızın sayı çoxdur. Əksəriyyəti də 5 yaşadək olan körpələrdir. Həmin uşaqlardan 20-si xəstəxanaya yerləşdirilib. Əməkdaşlarımızın 2 nəfəri hal hazırda xəstəxanadadır” deyə K.Ağazadə bildirib.

 

www.yenicag.az

195
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv