!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda sıxlıq müşahidə edilən yollar açıqlandı

!Reklam – Yazi

Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarındakı son vəziyyətlə bağlı məlumat yayıb.

Mərkəzdən Yenicag.az-a bildirilib ki, hazırda paytaxt yollarında nəqliyyatın hərəkətində sıxlıq müşahidə edilir:

1. Akademik Həsən Əliyev küçəsinin, 1 saylı Bakı “ASAN xidmət” mərkəzinin qarşısı da daxil olmaqla, Novruzov qardaşları küçəsi ilə kəsişməsindən, Xan Şuşinski küçəsi ilə kəsişməsinə qədər olan hissəsində, Koroğlu Rəhimov küçəsi istiqamətində sıxlıq

2. Ziya Bünyadov prospektinin, Əhməd Rəcəbli küçəsi ilə kəsişməsindən başlayaraq, DİN Hospitalın qarşısına qədər olan hissəyə qədər – əsas yolda, 20 Yanvar dairəsi istiqamətində sıxlıq

3. Alı Mustafayev küçəsində – əsas yolda, Ziya Bünyadov prospekti istiqamətində sıxlıq

4. Xətai prospektinin Firdovsi Məmmədov küçəsi ilə kəsişməsindən, Əbdüləzəl Dəmirçizadə küçəsi ilə kəsişməsinə qədər, Azərbaycan Respublikası Təhsil Nazirliyinin yanı, eyni zamanda Heydər Əliyev prospekti istiqamətində sıxlıq

5. Təhsil Muzeyinin qarşısı daxil olmaqla, Əbdüləzəl Dəmirçizadə küçəsinin Qarabağ küçəsi ilə kəsişməsindən, Xətai prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

6. Salatın Əsgərova küçəsinin, Təbriz küçəsi ilə Ceyhun bəy Hacıbəyli küçələrinin kəsişməsindən, Azadlıq prospekti ilə kəsişməsinə qədər olan hissəsində sıxlıq

7. Koroğlu Rəhimov küçəsinin Akademik Həsən Əliyev küçəsi ilə kəsişməsindən, Gülarə Qədirbəyova küçəsi istiqamətində və Akademik Həsən Əliyev küçəsi istiqamətində sıxlıq

8. Gülarə Qədirbəyova küçəsində Xətai prospeki ilə kəsişmə istiqamətində sıxlıq müşahidə olunur.

9. Abbasqulu ağa Bakıxanov küçəsində, İnşaatçılar prospekti ilə İzmir küçəsinin kəsişməsindən, Cəlil Məmmədquluzadə küçəsi ilə kəsişməyə qədər, Türkiyə səfirliyi istiqamətində sıxlıq

www.yenicag.az

279
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv