!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda sıxlıq olan yollar - SİYAHI

!Reklam – Yazi

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

Yenicag.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Hazırda:

1. Heydər Əliyev prospekti əsas yol, mərkəz istiqamətində;

2. Ziya Bünyadov prospekti, Olimpiya stadionunun qarşısından “20 Yanvar” metrostansiyası istiqamətində;

3. Alı Mustafayev küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

4. Bakı-Sumqayıt şosesi, “20 Yanvar” metrostansiyası istiqamətində;

5. Binəqədi şosesi, “Azadlıq Prospekti” metrostansiyası istiqamətində;

6. Tbilisi prospekti, “20 Yanvar” metrostansiyasından mərkəz istiqamətində;

7. Koroğlu Rəhimov küçəsi, Gülarə Qədirbəyova küçəsindən ak. Həsən Əliyev küçəsi istiqamətində;

8. Xətai prospekti, Heydər Əliyev prospekti istiqamətində;

9. 28 May küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

10. Neftçilər prospekti, Azneft dairəsi istiqamətində;

11. Rəşid Behbudov küçəsi, Mərkəzi Bank istiqamətində;

12. Dilarə Əliyeva küçəsi, Puşkin küçəsi ilə kəsişmədən Rəşid Behbudov küçəsi ilə kəsişməyə qədər;

13. Bülbül prospekti, “Sahil” metrostansiyasının qarşısında;

14. Niyazi küçəsi, Azneft dairəsi istiqamətində sıxlıq müşahidə olunur.

www.yenicag.az

106
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv