!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda SPECA-nın Rəhbər Şurasının 18-ci sessiyası keçirilir

!Reklam – Yazi

Bu gün Bakıda SPECA (BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı) ölkələrinin Rəhbər Şurasının 18-ci sessiyası keçirilir.

Yenicag.az xəbər verir ki, sessiyada iştirakçı dövlətlərin ümumi problemlərinin həlli ilə bağlı yeni strategiyaların hazırlanması, o cümlədən proqram çərçivəsində Etimad Fondunun yaradılması məsələsi müzakirə edilir.

Sessiyada noyabrın 20-dən işinə başlayan İqtisadi Forumun nəticələri, proqramın işləmə mexanizmini tənzimləyən sənədlərin müzakirəsi, o cümlədən digər sənədlər ətrafında fikir mübadiləsi aparılır.
Qeyd edək ki, BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramı 1998-ci ildə yaradılıb. Proqrama üzv dövlətlər Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan, Türkmənistan, Özbəkistan və Əfqanıstandır. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı və dünya iqtisadiyyatına inteqrasiyanın dəstəklənməsidir. 2023-cü ildə SPECA-ya sədrliyi Azərbaycan Respublikası həyata keçirir./report

www.yenicag.az

164
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv