!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda SPECA tarixində ilkə imza atıldı

!Reklam – Yazi

SPECA – BMT-nin Mərkəzi Asiya İqtisadiyyatları üçün Xüsusi Proqramıdır. Proqram 1998-ci ildə Daşkənd Deklarasiyası ilə yaradılıb, Azərbaycan isə buraya 2002-ci ildə qoşulub.

Yenicag.az xəbər verir ki, bu sözləri Axar.az-a Bakıda keçirilən BMT-nin Mərkəzi Asiya Ölkələrinin İqtisadiyyatları üçün Xüsusi Proqramının – SPECA-nın iştirakçı ölkələrinin dövlət və hökumət başçılarının Zirvə görüşünün əhəmiyyəti haqqında danışan iqtisad üzrə fəlsəfə doktoru Elşən Bağırzadə deyib.

Alim bölgəmizdə və dünyada formalaşan yeni geosiyasi şərait fonunda SPECA ölkələri arasındakı iqtisadi və siyasi əlaqələrin yeni mərhələyə daxil olduğunu bildirib:

“Azərbaycan, Əfqanıstan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan SPECA-ya üzv olan ölkələrdir. BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) və Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyası (ESCAP) proqramı koordinasiya edir və həyata keçirilən fəaliyyətlərə birgə dəstək verir. Proqramın məqsədi üzv dövlətlər arasında əməkdaşlığın inkişafı, ölkələrin inteqrasiyasının dəstəklənməsi və dünya iqtisadiyyatına qoşulmaların təşviqidir. SPECA-nın ildə bir dəfə Rəhbər Şurasının iclası, bir dəfə də İqtisadi Forumu keçirilir. Proqram çərçivəsində “Su, enerji və ətraf mühit”, “Statistika”, “Dayanıqlı nəqliyyat, tranzit və əlaqəlilik”, “Elmə əsaslanan inkişaf”, “Ticarət”, “Gender və dayanıqlı inkişaf məqsədləri” işçi qrupları fəaliyyət göstərir. Azərbaycan bütün işçi qruplarında iştirak edir. Yəni ümumi desək, proqramın işi bir növ BMT-nın sosial-iqtisadi məqsədlərinin Mərkəzi Asiya ölkələri üzrə daha effektiv reallaşmasına kömək etməkdir. Ölkəmiz ən son 2016-cı ildə SPECA-ya sədrlik edib, indi də sədrlik ölkəmizdədir. Builki toplantı digərlərindən fərqlənir və tarixi əhəmiyyət daşıyır. Belə ki, SPECA təsis edildikdən sonra ilk dəfə Bakıda dövlət və hökumət başçıları səviyyəsində Zirvə Görüşü keçirilir. Bölgəmiz spesifik xüsusiyyətə malikdir, eyni zamanda da Avropa ilə Şərq arasında önəmli nəqliyyat dəhlizlərinin keçdiyi yerdir. İndi dövlətimiz enerji, tranzit və digər sahələrdə, eyni zamanda işğaldan azad edilmiş rayonlarımızda çox böyük yenidənqurma layihələri həyata keçirir. Ona görə də, SPECA kimi bir platformada Azərbaycanın iştirak etməsi və verdiyi imkanlardan istifadə bütün hallarda bizim üçün faydalıdır. Ancaq etiraf etmək lazımdır ki, müxtəlif siyasi səbəblərdən uzun illər bu platforma o qədər də aktiv olmayıb. İndi isə regionun dünya iqtisadiyyatında rolu və gözləntilər önəmli dərəcədə artır. Fikrimcə, SPECA bundan sonra daha da aktivləşəcək və bu, Orta Dəhlizin önəmli parçası olan Azərbaycanın da maraqlarına tam cavab verir”.

www.yenicag.az

203
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv