Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600

Bakıda sürücü maşını yol polisinin üstünə sürdü - VİDEO

Bu gün 08:43 radələrində Azadlıq prospektində, qoşa YDM-in yaxınlığında 99 BH 089 dövlət qeydiyyat nişanlı “Hyundai” markalı avtomobilin sürücüsü 1.3 xəttinin tələbini pozaraq tam olaraq əks yola çıxmaqla hərəkət axınının əksinə hərəkət etməsi kameralara düşüb.

Yenicag.az-a istinadən xəbər verir ki, yol ayrıcında yolu tənzimləyən YPX əməkdaşı ona “saxla” əmri verdi. Daha sonra YPX əməkdaşına yaxınlaşanda ona pratokol yazılıb-yazılmadığı haqqında məlumat alıb. Yol polisi bildirib ki, sürücü əmrə tabe olmamaqla yanaşı avtomobili onun üstünə sürüb və hətta onu əzib. Bu barədə öz rəhbərliyinə raport da təqdim edəcək.

Ümid edirik ki, tezliklə yol hərəkəti qaydalarını pozmaqla qanunlara və digər hərəkət iştirakçılarına hörmətsizlik edən, YPX əməkdaşının üstünə avtomobil sürən bu sürücü tapılıb barəsində qanunamüvafiq tədbir görüləcək./Avtosfer/

Görüntüləri təqdim edirik:

www.yenicag.az

6576
SFERA
VETENINFO
AZNEWS
MATC
redaktor.az
MARGIN-BOTTOM