!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Polisə müqavimət göstərən şəxs NARKOTACİR İMİŞ - ŞOK DETAL/YENİLƏNDİ

!Reklam – Yazi

Nəsimi rayonu ərazisində polislər tərəfindən saxlanılan “Toyota Prius” markalı avtomobilin sürücüsü Rauf Qurbanov ilə bağlı yeni detallar üzə çıxıb. 

Yenicag.az xəbər verir ki, bu barədə DİN-in mətbuat xidmətinin şöbə rəisi Elşad Hacıyev məlumat yayıb. O bildirib ki, saxlanılan şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olub.

Sözügedən şəxs əvvəllər də Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə tutulub.

11:06

***

Bu gün sosial şəbəkələrdə Bakının Nəsimi rayonu ərazisində “Toyota Prius” markalı avtomobilin sürücüsü avtoxuliqanlıq edib. Onun daha sonra polisə müqavimət göstərməsini əks etdirən görüntüləri sosial şəbəkələrdə yayılıb.

Yenicag.az xəbər verir ki, metronun “Əcəmi” stansiyası yaxınlığında lentə alınmış görüntülərdən avtomobili nömrəsiz idarə edən şəxsin yol polisi əməkdaşlarının qanuni tələbinə tabe olmaması, maşını polislərin üzərinə sürməsi və DYP-yə məxsus xidməti avtomobili qəsdən vurması əks olunub.

Hadisə ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Araz Əsgərli “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, həmin sürücü artıq saxlanılaraq aidiyyəti üzrə təhvil verilib: “Sürücünün barəsində araşdırma aparılır, toplanmış materiallar məhkəməyə təqdim ediləcək”.

www.yenicag.az

674
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv