!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda sürücüyə kömək edən şəxs Baş DYP İdarəsinə çağırıldı - VİDEO

!Reklam – Yazi

Bir neçə gün əvvəl müxtəlif media subyektlərində, eləcə də sosial şəbəkə seqmentlərində paytaxtın Heydər Əliyev prospektində BMW markalı, 99-XX-529 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü Əfqan Mirzəli oğlu Vələdovun digər sürücüyə köməklik etməsi ilə bağlı videogörüntü yayımlanıb.

Yenicag.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, bununla əlaqədar sürücü Ə.Vələdov Baş DYP İdarəsinin şöbə rəisi Rövşən Tağıyev tərəfindən dəvət olunub və etdiyi əmələ görə ona təşəkkür edilib.
Bununla yanaşı Ə.Vələdovun araşdırma zamanı il ərzində kobud qayda pozuntusu etmədiyi müəyyən edilib və nümunəvi sürücü olduğu üçün ona mükafat təqdim edilib.

www.yenicag.az

174
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv