Reklam: High Technic
hightechnic

Bakıda tanınmış klinikada ölüm hadisəsi

Bakıda klinikada ölüm hadisəsi baş verib.

Yenicag.az-ın məlumatına görə, hadisə “Elmed” Klinikasında baş verib.

1963-cü il təvəllüdlü Əliyev Himayil Əli oğlu oktyabrın 4-də səhər saat 11 radələrində “öd daşı və kəskin kalkulyoz” diaqnozu ilə “Elmed” Klinikasına daxil olub və əməliyyata götürülüb.

H.Əliyev əməliyyatdan sonra həmin gün axşam saat 21 radələrində dünyasını dəyişib.

Ölümün səbəblərini müəyyənləşdirmək üçün meyit Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizasına təqdim edilib.

Faktla bağlı Binəqədi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci maddəsilə cinayət işi başlanıb./Trend/

www.yenicag.az

7487