!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda tarixi binaya müdaxilə: Pəncərəni qapı etmək istədi - FOTO/VİDEO

!Reklam – Yazi

Bakıda tarixi binaya artıq bir neçə dəfədir ki, müdaxilə edilir. Sakinlərin mənzilləri çatlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə həmin binada yaşayan sakinlərdən biri məlumat verib.

Söhbət paytaxtın Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 19 ünvanından gedir.

Sakin Ramin Hüseynov Oxu.Az-a şikayət ünvanlayıb. Vətəndaşın sözlərinə görə, yaşadıqları bina tarixi memarlıq abidəsi olan binanın görünüşünə qanunsuz müdaxilə edilir:

“Videogörüntülərə baxsanız, problemi aydın görəcəksiniz. Həmin görüntülər həftəsonu, daha dəqiq desək aprelin 15-də lentə alınıb. Binanın birinci mərtəbəsini kafe ediblər, bütün arakəsmələri götürüblər. Bizim bina Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin siyahısında var və abidə kimi qorunur.

Hazırda mənzillərin içərisində çatlar var. Digər bir nəfər isə binanın prospektə baxan hissəsində pəncərəni qapı etmək istəyir. Dövlət qurumları tərəfindən binanın qarşısında salınan kiçik yaşıllıq ərazini dağıdılır. Gecə saatlarında iş görülən zaman mən baş verənləri videolentə almışam. Həmin gün Daxili İşlər Nazirliyinin (DİN) “102” Çağrı Mərkəzinə zəng etdim, Bakı Şəhər İcra Hakimiyyətinə məlumat verdim. Bildirdim ki, bu, artıq birinci cəhd deyil. Bunu edən kimdirsə, kimə arxayın olub belə qanun pozuntusu edirsə, bilmirik”.
Sakin iddia edir ki, bina qəzalı vəziyyətə düşüb, bu müdaxilələrin qarşısı alınmasa, binada yaşayan sakinlərin həyatı təhlükəyə girəcək.

Məsələ ilə bağlı Bakı Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Yasamal rayonu, Hüseyn Cavid prospekti, 520-ci məhəllə, ev 19 ünvanında binaya qanunsuz müdaxilə halı aşkar edilib:

“Binaya qanunsuz müdaxilə cəhdi tərəfimizdən dayandırılıb. Qapıya çevrilən pəncərə yenidən bərpa edilib”.

//oxu.az

www.yenicag.az

219
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv