Reklam: Sinerji
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
ZiraatBank

Bakıda təcili tibbi yardım maşını qəzaya düşdü: Yaralılar var - FOTOLAR

Bakının Sabunçu rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az xəbər verir ki, hadisə Sabunçu-Zabrat yolunda qeydə alınıb.

9 saylı Təcili Yardım Stansiyasının təcili təxirəsalınmaz tibbi yardım xidmətinin avtomobili çağırışdan geri dönərkən Kərimli Samir İlham oğlunun idarə etdiyi “Hyundai” markalı avtomobillə toqquşub.

Qəza nəticəsində tibb bacısı, sürücü və feldşer xəsarət alıb. “Hyundai” markalı avtomobildə olan xanım sərnişin də yaralanıb.

Yaralılar 1 saylı şəhər xəstəxanasına yerləşdiriliblər.

Əraziyə Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib. Hər iki sürücü Sərxoşluğun Təyin Edilməsi Məntəqəsinə aparılıb.

Faktla bağlı araşdırma aparılır. (APA)

www.yenicag.az

655
www.onlinepress.az
www.aznews.az
www.busaat.az
ZiraatBank
MARGIN-BOTTOM