Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda təhlükəli içkilər satılır – “Badamlı”dan qurd çıxdı – Fotolar,Video

badamliqurd24Azərbaycanda istehsal olunan meyvə şirəsinin içindən qurd çıxıb.

AzNews.az-ın əməkdaşı Bahar Rüstəmlinin sözlərinə görə, qurd “Gəmiqaya Qida Məhsulları Sənaye Kompleksi” MMC tərəfindən istehsal olunan “Badamlı” şaftalı nektarının içindən çıxıb. Əməkdaşımız Bakıdakı marketlərdən birindən aldığı şirəni süzərkən ətrafa xoşagəlməz qoxunun yayıldığını bildirib: “Bundan sonra şirənin qabını kəsib baxdıq. Məlum oldu ki, şirənin yuxarı hissəsi tamamilə kif bağlayıb. Kifin üzərində isə xırda qurdlar gəzişirdi. Bundan əlavə şirənin içərisində nə olduğu bilinməyən xarab kütlə yığını da var idi”.

Qeyd edək ki, şirələrin üzərində son istifadə müddəti 26.11.2016-cı il göstərilib.

www.yenicag.az

570