Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Bakıda tozlu hava bir neçə gün davam edəcək – YENİLƏNDİ

Havada toz dumanı davam edir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, bu gün Bakı və Abşeron yarımadasında toz dumanı müşahidə olunur. Avtomatik stansiyalardan saat 16:00-a daxil olan məlumata əsasən Bakı şəhərində havada dispers toz hissəciklərinin konsentrasiyası sanitar normadan 5,1 dəfə yüksək qeydə alınıb.

Peyk görüntülərinə əsasən havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Belə tozlu havanın iki gün ərzində davam edəcəyi gözlənilir.

***

Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur.

Milli Hidrometeorologiya Xidmətindən Yenicag.az-a verilən məlumata görə bu gün səhər saatlarından başlayaraq Bakı və Abşeron yarımadasında cənub-şərq istiqamətli hava kütlələri vasitəsilə ölkəmizə daxil olan toz-dumanı müşahidə olunur.

Peyk görüntülərinə əsasən demək olar ki, havada müşahidə olunan toz hissəcikləri transsərhəd xarakter daşıyır.

Hazırda Bakı şəhərində havada tozun miqdarı normadan 1.9 dəfə çoxdur.

Belə tozlu havanın meteoroloji şəraitdən asılı olaraq yaxın iki gün ərzində davam edəcəyi proqnozlaşdırılır.

www.yenicag.az

544
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100