Bakıda tramvaylar bərpa edilir? – Yenicag.Az

Reklam

Reklam

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyev Bakıda tramvayların fəaliyyətinin bərpa olunması məsələsinə aydınlıq gətirib.

Yenicag.az-ın məlumatına görə, S.Nuriyev bildirib ki, Bakı şəhərinin Baş Planı çərçivəsində Bakıda tramvayların bərpası ilə bağlı aidiyyəti dövlət qurumları ilə müzakirələr aparılacaq:

“İndiki mərhələdə bu barədə dəqiq fikir söyləmək tezdir”.

Komitə sədri bildirib ki, Bakıdakı mövcud vəziyyət və dünya təcrübəsi araşdırılaraq uyğun qərar veriləcək./Trend/

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 1251
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Reklam

Nə düşünürsən?
Bənzər Xəbərlər

    Reklam

    Reklam

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."