!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda Türkiyə bayrağına hörmətsizlik edən şəxs həbs edildi

!Reklam – Yazi

Nizami Rayon Məhkəməsində Bakıda Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən Fuad İsmayılov barəsində məhkəmə prosesi keçirilib.

Yenicag.az xəbər verir ki, məhkəmənin qərarı ilə F.İsmayılov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirli bilinərə 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtın Nizami rayonu ərazisində qardaş ölkənin bayrağına qarşı hörmətsizlik edildiyi əks olunan video yayılmışdı. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə görüntüdəki 1985-ci il təvəllüdlü Fuad İsmayılov qısa müddətdə saxlanılıb./Trend/

www.yenicag.az

387
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv