!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıda üç nəfərin öldüyü qəzanın görüntüləri - ANBAAN VİDEO

!Reklam – Yazi

Baş Dövlət Yol Polisi İdarəsi aprelin 23-ü saat 22:30-da Bakı Beynəlxalq Avtovağzal kompleksinin qarşısında 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli qəzanın görüntülərini yayıb.

Yenicag.az xəbər verir ki, videoda hadisə zamanı Qasımov Əhliman Əziməmməd oğlunun idarə etdiyi “Shacman” markalı yük avtomobili ilə yol-hərəkəti qaydalarını kobudcasına pozması və dönmə manevrini həyata keçirərkən 34 yaşlı Məhərrəmov Famil Vaqif oğlunun idarə etdiyi “Nissan X-Trail” markalı avtomobili vurması əks olunub.

Qeyd edək ki, nəticədə minik maşınında olan sərnişinlər – 60 yaşlı Kərimova Pərvanə Xanlar qızı, 63 yaşlı Xələfova Təranə Xanlar qızı və sürücü Famil Məhərrəmov aldıqları bədən xəsarətlərindən hadisə yerində ölüblər. Digər sərnişin 4 yaşlı Məhərrəmli Vaqif Famil oğlu isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı cinayət işi başlanaraq ibtidai istintaq aparılır.

Həmin görüntüləri təqdim edirik:

www.yenicag.az

227
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv